Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat: vəzifəli şəxslər saxlanılıb? - (Yenilənib)
Tarix: 04-03-2024 17:21 | Bölmə: Cəmiyyət
Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat: vəzifəli şəxslər saxlanılıb? - (Yenilənib)

Bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları Gəncə Şəhər İcra Hakimiyyətində xüsusi əməliyyat keçirib.

Reyting.az-ın məlumatına görə, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıblar.(Sfera.az) 

***

“Mənim müavinim Səməd müəllim hazırda yanımdadır. Nə onun, nə də icra hakimiyyətinin digər vəzifəli şəxslərinin həbsi barədə yazılanlar həqiqəti əks etdirmir”.

Reyting.az
xəbər verir ki, bunu Gununsesi.info-ya özəl açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hüquq-mühafizə orqanlarının icra hakimiyyətində əməliyyat keçirməsi barədə xəbərlərə münasibətində deyib.

Niyazi Bayramov müavininin hazırda onun iş otağında olduğunu vurğulayaraq, bunları əlavə edib: ”Biz araşdıracağıq ki, kimlər və nə məqsədlə belə yalan xəbərlər ortaya atıb”.

Qeyd edək ki, bu barədə məkumatı Sfera.az saytı yayıb. Sayt iddia edir ki, əməliyyatda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır. Hələ ki, saxlanılan yoxdur.


Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}