12:53 / 12-09-2025
Sabah yağış yağacaq
Mərkəzi Xəstəxanaya baş həkim təyin olunub
Tarix: 04-03-2024 16:38 | Bölmə: Cəmiyyət
Mərkəzi Xəstəxanaya baş həkim təyin olunub

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.

Məlumata görə, xəstəxananın baş həkimi vəzifəsi Asif Əhmədova həvalə olunub.

A.Əhmədov 1986-1993-cü illərdə Azərbaycan TİBB Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah-onkoloq, 1998-2017-ci illərdə həkim-cərrah-travmatoloq kimi fəaliyyət göstərib.

2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bundan öncə baş həkim vəzifəsində Zakir Xammədov çalışıb(Report).




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq