Xaçmazda qatar 30 yaşlı şəxsi vurub
Tarix: 04-03-2024 17:02 | Bölmə: Cəmiyyət
Xaçmazda qatar 30 yaşlı şəxsi vurub

Bu gün saat 14:15 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.

Reyting.az
xəbər verir ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ölüb.

Məlumata görə, ölən şəxs 1994-cü il təvəllüdlü rayon sakini Hüseynov Mehdi Fəxrəddin oğludur.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}