18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Komitə sədri: "Bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək"
Tarix: 05-03-2024 17:26 | Bölmə: Cəmiyyət
Komitə sədri: "Bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək"

Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib.

Dövlət komitəsindən Reyting.az-a bildiriblər ki, komitənin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında görüşə yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Görüşdə əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Sonra Dövlət Komitəsinin sədri Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb. Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib. Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək. Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}