20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib
Tarix: 06-03-2024 17:37 | Bölmə: Cəmiyyət
Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib

Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sabiq nümayəndəsi İntizam Məmmədov və baş mühasibi Bənövşə Əhmədovanın cinayət işi məhkəməyə göndərilib.

Reyting.az
Zərdab Rayon Prokurorluğuna istinadla xəbər verir ki, istintaqla İntizam Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2018-2021-ci illər ərzində nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olub və ona etibar edilmiş xeyli miqdarda dövlət əmlakını mənimsəməkdə şübhəli bilinib.

Onlar Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər