20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyalı jurnalist diz çökərək ukraynalılardan üzr istəyib
Tarix: 06-03-2024 18:58 | Bölmə: Cəmiyyət
Rusiyalı jurnalist diz çökərək ukraynalılardan üzr istəyib

Moskva vilayətinin Korolevskiy şəhər məhkəməsində müstəqil media saytı olan "RusNews"-in əməkdaşı, jurnalist Roman İvanova hökm oxunub.

Reyting.az
xatırladır ki, Roman İvanov Rus ordusuna böhtan atmaqda, yalan məlumatlar yaymaqda təqsirli bilinərək 2023-cü ilin aprel ayından saxlanılmışdı.

Şəhər məhkəməsi R. İvanovun Rusiya ordusu haqqında yaydığı "feyk" məlumatlara görə həbs olunduğunu elan edib. Rusiyalı jurnalist cəzasını ümumi rejimli islah-əmək düşərgəsində çəkməklə 7 il azadlıqdan məhrum edilib.

Məhkəmədə son söz alan R. İvanov elə məhkəmə zalındaca diz çökərək ölkəsinin törətdiyi vəhşiliklərə görə Ukrayna xalqından üzr istəyib: "Mən ölkəmin bədbəxtlik gətirdiyi, dərd verdiyi bütün ukraynalılardan üzr istəyirəm".

Qeyd edək ki, anoloji hadisə 2023-cü ildə Barnauldan olan jurnalistin, "RusNews"-in xanım əməkdaşı Mariya Ponomarenkonun da başına gəlmişdi. Eyni ittihamlarla həbs olunan qadın jurnalist 6 il həbsə məhkum edilmişdi.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər