20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
62 yaşlı kişiyə COVİD-19-a qarşı 217 peyvənd vurulub
Tarix: 07-03-2024 17:37 | Bölmə: Cəmiyyət
62 yaşlı kişiyə COVİD-19-a qarşı 217 peyvənd vurulub

Almaniyada 62 yaşlı kişi COVİD-19-a qarşı 217 dəfə peyvənd edilib. Bunu bilən elm adamları həddindən artıq peyvəndin immunitet sisteminin pisləşməsinə səbəb olub-olmadığını araşdırıblar.

Reyting.az
-ın məlumatına görə, “Lancet Infectious Diseases” jurnalı yazır ki, peyvəndlər 2021-ci ilin iyunundan 2023-cü ilin oktyabrına qədər özəl klinikalardan alınıb.

Erlangen-Nürnberq Universitetinin tədqiqatçıları, kimliyi açıqlanmayan şəxsin səhhətinin yaxşı olduğunu və həddindən artıq peyvənd qəbulunun yan təsir göstərmədiyini bildiriblər.

Universitetin mikrobiologiya departamentindən Dr Kilian Şober deyib ki, onlar bu hadisəni qəzetlərdəki xəbərlərdən öyrəniblər: “Sonra biz onu Erlangendə testlərdən keçməyə dəvət etdik”.

Şoberin sözlərinə görə, immunitet sistemini bu qədər peyvəndlə stimullaşdırmağın bəzi immun hüceyrələrini köhnəlmədən, bədənin xəstəliklərlə uğurla mübarizə aparma qabiliyyətinə maneə yaradacağından narahat olublar. Lakin tədqiqatçılar testdə buna sübut tapmayıblar və kişidə COVİD-19 olduğuna dair heç bir əlamətə rast gəlinməyib.

Tədqiqatçılar qeyd ediblər ki, bu qədər peyvənd qəbulu tövsiyə olunmur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər