Şəmkirdə 3 maşın toqquşub - İki nəfər ölüb, yaralılar var
Tarix: 24-03-2024 00:07 | Bölmə: Cəmiyyət
Şəmkirdə 3 maşın toqquşub - İki nəfər ölüb, yaralılar var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

Məlumata görə, Yeni Həyat kəndində 3 avtomobilin toqquşması nəticəsində Əhmədov Rəsul Şaban oğlu hadisə yerində, 1989-cu il təvəllüdlü Əhmədov Elçin Elxan oğlu isə xəstəxanada ölüb.

Qəza zamanı Şəmkir rayon sakinləri - 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu və 1966-cı il təvəllüdlü Əhmədova Əminə Qəfər qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb(Report).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}