Ağstafa rayon sakini narkotiklə tutulub
Tarix: 29-03-2024 09:37 | Bölmə: Cəmiyyət
Ağstafa rayon sakini narkotiklə tutulub

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, onun əlindəki çantadan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub.

Araşdırmalarla müəyyən edilib ki, Ş.Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}