İsrail səfiri azərbaycanlı məzunlarla iftar süfrəsində görüşüb
Tarix: 05-04-2024 17:58 | Bölmə: Cəmiyyət
İsrail səfiri azərbaycanlı məzunlarla iftar süfrəsində görüşüb

İsrailin Azərbaycandakı səfiri Corc Dik İsraildə təhsil almış azərbaycanlı məzunlar və "Azərbaycan-İsrail Tələbə və Məzun Şəbəkəsi" İctimai Birliyinin üzvləri ilə iftar süfrəsində bir araya gəlib.

Bu barədə diplomat sosial media səhifəsində paylaşım edib. Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və İsrail icmaları arasında təhsil vasitəsilə əlaqələri gücləndirmək haqqında müzakirə aparıblar: "Bu müzakirələr, həqiqətən də, maarifləndirici oldu. Əlaqələri daha da inkişaf etdirmək fürsətinə görə minnətdarıq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}