Bakıda qəza: bitum yola dağılıb, hərəkət çətinləşib - Foto
Tarix: 06-04-2024 14:28 | Bölmə: Cəmiyyət
Bakıda qəza: bitum yola dağılıb, hərəkət çətinləşib

Bakı şəhəri, Heydər Əliyev prospektində - “Koroğlu” metrostansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Nəticədə avtomobildə olan maye yola dağılıb.

NİİM-nin məlumatına əsasən, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edilib ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

Qəza səbəbindən Böyükşor şosesi, “Koroğlu” metrostansiyası istiqamətində də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}