Millinin sabiq futbolçusu xalqdan kömək istəyib: "Hara gedirsənsə, pul lazımdır"
Tarix: 08-04-2024 10:52 | Bölmə: Cəmiyyət
Millinin sabiq futbolçusu xalqdan kömək istəyib: "Hara gedirsənsə, pul lazımdır"

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev sosial şəbəkə hesabından ictimaiyyətdən yardım istəməsinə aydınlıq gətirib.

51 yaşlı hücumçu bu barədə "Report"a açıqlama verib.

O, müalicəsinin davamı üçün bu addımı atdığını bildirib. "Hara gedirsənsə, pul lazımdır. Fizioterapiya qalıb. Xəstəxanaya getməliyəm".

Keçmiş forvard müraciətindən sonra AFFA-nın və hansısa klubun onunla əlaqə saxlamadığını söyləyib: "Sadəcə, ictimaiyyətdən müalicəmin davamı üçün kömək istəyirəm. Səhhətim hələlik normaldır. Gəzirəm, hərəkətlər edirəm".

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. O, daha əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}