Şəhid zabit Salyanda dəfn edilib - Fotolar
Tarix: 08-04-2024 11:51 | Bölmə: Cəmiyyət
Şəhid zabit Salyanda dəfn edilib

Ötən ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu il aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu Salyanda dəfn edilib.

Məlumata görə, dəfndən öncə şəhidin üçrəngli bayrağa bükülmüş tabutu doğulduğu evə gətirilib.

Vida mərasimində şəhidin ruhuna dualar oxunub. Sonra onun nəşi Salyan Şəhidlər xiyabanına aparılaraq torpağa tapşırılıb(Report)

Allah rəhmət eləsin!








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}