Bakıda narkokuryerlər tutulub
Tarix: 08-04-2024 13:25 | Bölmə: Cəmiyyət
Bakıda narkokuryerlər tutulub

Bakıda saxlanılan daha 3 narkokuryerdən 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar.

C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana müəyyən edilib. Hər 3 saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}