Agentlikdən Ukraynada təhsil almaq istəyənlərə xəbərdarlıq olunub
Tarix: 09-04-2024 11:23 | Bölmə: Cəmiyyət
Agentlikdən Ukraynada təhsil almaq istəyənlərə xəbərdarlıq olunub

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi Ukraynada təhsil almaq istəyən şəxslərə müraciət edib.

Reyting.az
xəbər verir ki, bu barədə Agentliyin Kvalifikasiyaların tanınması departamanetinin direktoru Aysel Kərimli Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün keçirilən təlimdə danışıb.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayan zaman orada təhsil alan tələbələrə müəyyən güzəşt edildi: "Lakin Ukraynada təhsil almaq istəyən şəxslərə gedib orada oxumağı tövsiyə etmirik. Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək. Hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq. Hazırda statistik məlumatlar toplanır".

A.Kərimli qeyd edib ki, bəzi tələbələr hazırkı müharibə şəraitində universitetə daxil olurlar, sonra yenidən Azərbaycana transfer olmaq istəyirlər: "Bu, birmənalı şəkildə tövsiyə edilmir"(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}