Azərbaycanda iki tiktokerə həbs cəzası verilib
Tarix: 09-04-2024 20:40 | Bölmə: Cəmiyyət
Azərbaycanda iki tiktokerə həbs cəzası verilib

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Reyting.az
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadla bildirir ki, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov da saxlanılıb.

Müvafiq qərarla Ə. Məhərrəmov 20 sutka inzibati qaydada həbs edilib.

DİN-dən bildiriblər ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Xatırladaq ki, “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə də internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb. Bu səbəbdən o, 30 sutka inzibati qaydada həbs edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}