20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ailə münaqişələri: alimlər problemdən çıxış yolunu tapıb
Tarix: 05-06-2024 10:30 | Bölmə: Cəmiyyət
Ailə münaqişələri: alimlər problemdən çıxış yolunu tapıb

Həyat yoldaşınızla mübahisə edərkən, problemi doqquz dəqiqədən çox uzatmayın, bu müddət ərzində həll edin. Müzakirə doqquz dəqiqədən çox davam edərsə, ya siz, ya da digər şəxs qapını çırpıb gedə bilər.

Reyting.az
xəbər verir ki, Almaniyanın Marburqdakı Filipps Universitetində çalışan alimlərin araşdırmasına görə, doqquz dəqiqədən sonra müzakirələr səslərin ucaldığı və cütlərin bir-birinə meydan oxuduğu davaya çevrilir.

Xüsusilə münasibətləri yaxşı olmayan cütlüklərin 9 dəqiqədən sonra səbrləri tükənir. Cütlüklər bir-birinin səsini boğmaq üçün daha ucadan qışqıraraq “Mən haqlıyam!”,- deyirlər və 10-cu dəqiqədə vəziyyət daha da gərginləşir.

Araşdırmaya görə, çox xoşbəxt cütlüklərin mübahisələri doqquzuncu dəqiqəyə çatsa belə, münasibətlər düzəldilə bilər.

Araşdırma aparan alimlər yaşları 20 ilə 85 arasında olan, əksəriyyəti ailəli 404 cütün saatlarla səsyazmalarını dinləyiblər. Araşdırmaya rəhbərlik edən professor Melanie Fişer deyib ki, həyat yoldaşları doqquzuncu dəqiqədən sonra yaxşı ünsiyyət qura və peşman olacaqları şeylər deyə bilməzlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər