13 kq narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb - Foto
Tarix: 05-06-2024 12:55 | Bölmə: Cəmiyyət
13 kq narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb

İyun ayının 4-də saat 03:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının (DSX) “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13 kiloqram 290 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bölməyə aid digər xəbərlər