Sülh konfransının mənfi nəticəsi ola bilər
Tarix: 06-06-2024 08:40 | Bölmə: Cəmiyyət
Sülh konfransının mənfi nəticəsi ola bilər

İsveçrədə Ukrayna ilə bağlı sülh konfransı onlarla cüyür balasının həyatını təhlükə altına atır.

Reyting.az
xəbər verir ki, bu barədə “Blick” qəzeti məlumat yayıb.

Nəşr aydınlaşdırıb ki, tədbir zamanı Luzern şəhəri yaxınlığındakı Bürgenstok kurort zonasında uçuşa qadağan zonası tətbiq edilib. Bu qadağa tarlalarda gizlənən və fermerlərin kombaynları tərəfindən təhlükə altında olan heyvanları izləmək üçün istifadə edilən dronlara da şamil ediləcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər