“Crocus City Hall”-un aqibəti necə olacaq?
Tarix: 07-06-2024 07:33 | Bölmə: Cəmiyyət
“Crocus City Hall”-un aqibəti necə olacaq?

Terror nəticəsində yanmış “Crocus City Hall” konsert zalının yerində xatirə abidəsi qoyulacaq park yarana bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “RBC”-ya müsahibəsində deyib.

“Bizim fikrimiz ictimai rəylə tamamilə üst-üstə düşür. Amma biz bunu arxa plana keçirmək istəmirik, müzakirələr davam edir”, - A. Vorobyov bildirib.

Qubernator əlavə edib ki, yekun qərarı obyektin sahibi - Araz Ağalarovun "Crocus Group" şirkəti verəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər