12:53 / 12-09-2025
Sabah yağış yağacaq
Əzimovun çantasında 9 kiloqrama yaxın narkotik aşkarlanıb
Tarix: 08-06-2024 08:45 | Bölmə: Cəmiyyət
Əzimovun çantasında 9 kiloqrama yaxın narkotik aşkarlanıb

Beyləqanda saxlanılan şəxsdən 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildiriblər.

Məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Vüsal Əzimov saxlanılıb. Onun əlində olan bağlamadan 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq