Kürə düşən avtomobildə batan üç nəfərdən birinin meyiti tapılıb
Tarix: 09-06-2024 12:54 | Bölmə: Cəmiyyət
Kürə düşən avtomobildə batan üç nəfərdən birinin meyiti tapılıb

Tovuz rayonunda bir neçə gün bundan əvvəl avtomobil ilə birlikdə Kür çayında batan üç nəfərdən birinin meyti tapılıb.

Reyting.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə xidmətinin əməkdaşlarının axtarışları nəticəsində meyitin biri Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb.

Meyit şişərək suyun üzərinə çıxıb.

Meyiti tapılan şəxsin kimliyi dəqiqləşdirilir.

Qeyd edək ki, iyunun 3-də Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində üç nəfər olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına düşüb. Avtomobildə sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov olub.(APA)




Bölməyə aid digər xəbərlər