12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İnvestisiya yatırımı adı altında vətəndaşları aldanan 24 yaşlı şəxs tutulub
Tarix: 14-06-2024 09:19 | Bölmə: Cəmiyyət
İnvestisiya yatırımı adı altında vətəndaşları aldanan 24 yaşlı şəxs tutulub

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, o, “Instagram”da “investa_emine_qazanc” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici heç bir iqtisadi əsasları olmayan vədlər verib.

C. Mustafayev daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pullar alıb.

Analoji üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib. Həmin şəxs tanınmamaq üçün zərərçəkənlərdən qızıl-zinət əşyalarını əvvəlcədən özünün təyin etdiyi yerlərə qoymalarını tələb edib.

Məhkəmənin qərarı ilə C. Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər