12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır - Xəbərdarlıq
Tarix: 14-06-2024 17:36 | Bölmə: Cəmiyyət
Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır

Daxili İşlər Nazirliyi (DİN) ahıl və tənha vətəndaşların dələduzluğa məruz qalması ilə bağlı xəbərdarlıq edib.

Reyting.az
DİN-nin mətbuat xidmətinə istinadla bildirir ki, naməlum şəxslər müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumları – övladı, bacısı, qardaşı, atası və anasının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə bağlı vətəndaşlara yalan məlumatlar verərək təcili ödəniş edilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər.

"Cinayətkar şəxslər və qruplar tərəfindən əsasən ahıl, tənha vətəndaşlar hədəf seçilməklə, onların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir. Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər", - məlumatda qeyd olunub.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər