Sel suları Gəncə-Bakı yolunu bağlayıb - Yenilənib
Tarix: 29-07-2024 11:16 | Bölmə: Cəmiyyət
Sel suları Gəncə-Bakı yolunu bağlayıb

Gəncədə sel ciddi fəsadlar törədib.

Reyting.az
APA-ya istinadla bildirir ki, şəhərin çıxışında, Gəncə-Bakı yolundakı (Nizami məqbərəsi yaxınlığında) körpünün altına sel sulları dolub.

Nəticədə magistal yol tam bağlanıb, sürücülər alternativ yolla hərəkət edirlər.

Qeyd edək ki, qərb bölgəsində yağışlı hava davam edir.

***

Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər.


Alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.

Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər