13:04 / 16-09-2024
Sabah yağış yağacaq
31 yaşlı şəxs kanalda boğulub
Tarix: 05-09-2024 15:16 | Bölmə: Cəmiyyət
31 yaşlı şəxs kanalda boğulub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

Hazırda batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq