Bakıda I Türkoloji qurultay keçiriləcək
Tarix: 06-12-2024 12:39 | Bölmə: Cəmiyyət
Bakıda I Türkoloji qurultay keçiriləcək

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək.

Məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli deyib.

O qeyd edib ki, tədbirin 2026-cı il fevral ayının 26-da AMEA-nın Rəyasət Heyətinin inzibati binasında keçirilməsi planlaşdırılıb.

Məlumat üçün bildirək ki, I Türkoloji Qurultay - 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilib. Tədbir zamanı SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib.

Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. RSFSR tərkibində olan türk xalqları yeni türk əlifbasından istifadəyə başladılar(Report).




Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər