15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Kütləvi iğtişaşlara görə axtarılan şəxs Azərbaycanda tutulub
Tarix: 12-12-2024 12:29 | Bölmə: Cəmiyyət
Kütləvi iğtişaşlara görə axtarılan şəxs Azərbaycanda tutulub

Rusiyanın Sverdlovsk vilayətində məhkəmədən qaçaraq 10 ildir federal axtarışda olan yerli sakin Azərbaycanda saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Astara rayonunda 59 yaşlı kişi Azərbaycanın cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, əvvəllər Yekaterinburqda yaşayıb. 2014-cü ildə həmin şəhərdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci (Kütləvi iğtişaşlar) maddəsi ilə ittiham olunsa da, məhkəmədən gizlənib.

Hələlik təqsirləndirilən şəxs Azərbaycanda ev dustaqlığına buraxılıb.

Hazırda onun ekstradisiyası məsələsi həll edilir.




Bölməyə aid digər xəbərlər
15-01-2025, 14:23 Sabah yağış yağacaq