Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Tarix: 23-10-2025 13:40 | Bölmə: Slayd
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib)

Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç karvanı yola düşüb.

Reyting.az
xəbər verir ki, Təzəbinə kəndinə köçlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 12 ailə (55 nəfər) köçürüldüyü bildirilir.

Qeyd edək ki, bununla Təzəbinə kəndinə köçürülən ailələrin sayı 95-ə (423 nəfər) çatacaq.

***

Oktyabrın 23-də 55 nəfərdən ibarət 12 ailə doğma yurduna - Xocalı rayonunun Təzəbinə kəndinə qayıdıb.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a bildiriblər ki, qayıdan ailələrə bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Köç mərasimi zamanı çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qeyd edib ki, Təzəbinə kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün lazımi şərait yaradılıb. Kənddə sosial infrastruktur tam yenilənib, kommunal xidmətlər bərpa olunub və zəruri təminat işləri yekunlaşdırılıb.

S. Qəhrəmanov həmçinin vurğulayıb ki, bölgədə məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan ailələr üçün dövlət və özəl sektorda iş imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bundan əvvəlki mərhələlərdə Təzəbinə kəndinə 84 ailə köçürülüb. Sonuncu mərhələnin yekunlaşması ilə birlikdə kənddə ümumilikdə 96 ailə daimi məskunlaşıb.











Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto