Neft emalı zavodu və aerodrom vurulub
Tarix: 23-10-2025 10:54 | Bölmə: Xəbərlər
Neft emalı zavodu və aerodrom vurulub

Oktyabrın 23-nə keçən gecə Rusiyanın Ryazan şəhərində silsilə partlayış səsləri eşidilib.

Reyting.az
bildirir ki, yerli sakinlər dron hücumu barədə məlumat veriblər.

“Shot” Telegram kanalı bildirir ki, partlayış səsləri Ryazan və Skopin şəhərində eşidilib. Sakinlər ən azı 10 partlayış səsi eşidiblər.

Kanal iddia edir ki, Rusiya hava hücumundan müdafiə vasitələri hava hədəflərini hədəfə alsalar da, heç bir zərbə və ya dağıntı olmayıb.

Bununla belə, hadisə şahidləri internetə yanğınları əks etdirən videolar yerləşdirirlər.

Telegram kanalı "Exilenova+" xəbər verir ki, partlayış səsləri yerli neft emalı zavodu və Dyagilevo aerodromunun yaxınlığında eşidilib.

Yerli hakimiyyət orqanları hələlik hadisələrlə bağlı açıqlama verməyib.

Ukrayna Silahlı Qüvvələri də hücumda iştirakını təsdiqləməyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
21-10-2025, 07:48 Ruslar Xarkova hücum edib