17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
QHT rəhbəri İrəvandan fotolar paylaşıb
Tarix: 23-10-2025 14:36 | Bölmə: Xəbərlər
QHT rəhbəri İrəvandan fotolar paylaşıb

Məlum olduğu kimi, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Reyting.az
xəbər verir ki, sözügedən tədbirdə iştirak edən Azərbaycan nümayəndələri arasında olan Cənubi Qafqaz
Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov İrəvana səfəri ilə bağlı təəssüratlarını sosial media hesabında paylaşıb.

O, uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsinin İrəvanın Zvarnots hava limanında yerə endiyini xatırladıb: “Görüş yüksək səviyyədə təşkil olunmuşdu və təhlükəsizlik təmin edilmişdi. Tədbir zamanı regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizdə narahatlıq doğuran mövzulara qədər geniş spektrli məsələlər müzakirə edildi. Əlbəttə, İrəvanda gəzmək, hər gün informasiya resurslarında gördüyümüz hər şeyi canlı görmək maraqlı idi”







Bölməyə aid digər xəbərlər
21-10-2025, 07:48 Ruslar Xarkova hücum edib