Ağır yol qəzası baş verib - Ölən və yaralı var
Tarix: 19-05-2019 20:38 | Bölmə: Cəmiyyət
Ağır yol qəzası baş verib - Ölən və yaralı var

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az "Report"a istinadla xəbər verir ki, qəza nəticəsində rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Şəhriyar Şair oğlu Əsgərovun idarə etdiyi "VAZ-21011" markalı 99-RU-131 dövlət-qeydiyyat nişanlı avtomobil, rayonun Siyətük kənd sakini, Məmməd Şükür oğlu Şahmurad oğlunun idarə etdiyi "Mercedes" markalı 99-HD-377 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.

 Nəticədə "VAZ"-ın sürücüsü Ş.Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobildə olan sərnişin, rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Kamil Qadir oğlu Baxşiyev isə hadisə yerində ölüb.

 Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}