14:18 / 28-10-2025
Bir neçə ölkə risk altına düşüb
14:07 / 28-10-2025
Azərbaycanla Belarus arasında Birgə Protokol imzalanıb
14:00 / 28-10-2025
Növbəti köç karvanı Xocalıya çatıb - (Yenilənib)
13:46 / 28-10-2025
Ən böyük dairəvi əl xalçasını toxuyurlar - Fotolar
13:42 / 28-10-2025
Fəzail Ağamalı nikahdankənar oğlu olduğunu təsdiqləyib
13:01 / 28-10-2025
Həyatla bağlı yeni elmi model təqdim olunub
12:51 / 28-10-2025
Bir milyon manatdan artıq mənimsəmə: iki nəfərə hökm oxunub
12:45 / 28-10-2025
Şəhidlərlə vida mərasimi keçirilib - (Yenilənib) - Fotolar
12:44 / 28-10-2025
Prezident İmişlidə yeni müəssisənin açılışında iştirak edib - Fotolar
12:40 / 28-10-2025
Sabahın hava proqnozu açıqanıb
12:31 / 28-10-2025
Casuslardan bəhs edən ən yaxşı filmlərin adı açıqlanıb - Siyahı
12:15 / 28-10-2025
Etibar Məmmədov: “Cəfəng adamlara cavab vermirəm”
12:11 / 28-10-2025
Putinin qohumunun "Vikipediya" səhifəsi silinib
12:03 / 28-10-2025
İlham Əliyev istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto
11:42 / 28-10-2025
Türk ordusu iki ölkədə hərbi əməliyyatların yeni formatını hazırlayır
11:24 / 28-10-2025
Monteneqroda saxlanılan azərbaycanlı kimdir? - Açıqlama
11:09 / 28-10-2025
İlham Əliyev Çex liderinə məktub ünvanlayıb
11:00 / 28-10-2025
Prezident İlham Əliyev Sabirabada gedib - (Yenilənib) - Fotolar
10:44 / 28-10-2025
Millimizin İslandiya və Fransa oyunları üçün biletlər satışa çıxarılıb
10:42 / 28-10-2025
Rusiyadan Türkiyəyə qaz tədarükü artıb
10:29 / 28-10-2025
13 universitet Türk Universitetlər Birliyinə üzv qəbul olunub
10:22 / 28-10-2025
Rumıniya Senatının sədri Azərbaycanda səfərdədir
10:18 / 28-10-2025
Aparıcı Nigar Fərhadın avtomobili oğurlanıb
10:13 / 28-10-2025
Deputat: Ukraynaya hərbi yardım 45 faiz azalıb
10:10 / 28-10-2025
Lisey və gimnaziyalara şagird qəbulu qaydası dəyişib
09:47 / 28-10-2025
Pakistan Senatının sədri Azərbaycana gəlib - Foto
09:41 / 28-10-2025
Yer kürəsində maqnit fırtınası başlayır
09:39 / 28-10-2025
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarına start verilir
09:17 / 28-10-2025
Azərbaycan BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını imzalayıb
08:58 / 28-10-2025
İtaliyada yoxsulluq ən yüksək həddə çatıb
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
20:19 / 27-10-2025
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
15:51 / 23-10-2025
Evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
Mübarizə dünən də var idi, bu gün də var, sabah da olacaq...
Tarix: 14-06-2019 12:31 | Bölmə: Cəmiyyət

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır.
Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.
BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, artıq 26 ildir dünya əhalisi 26 iyunu “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd etməkdədir.
Ayrı-ayrı dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək sahəsində səylərini artırıb, insanları sağalmaz xəstəliklərə düçar edib, onları son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxaran bu faciə sindromuna qarşı istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparsalar da, dünya üzrə narkomaniyaya düçar olanların sayı ilbəil artmaqdadır.
Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. SSRİ dövründə yaşadığımız 70 il ərzində ölkəmiz narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticə etibarı ilə asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin yayılmasına səbəb olub. Narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı saxlanılıb.
Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Belə bir fikir var ki, “insanların çoxunun dəyərini bilmədiyi iki şey var - sağlamlıqları və zamanları”. Bu gün buna laqeyd yanaşanların isə əksəriyyəti gənclərdir. Zamanlarının və sağlamlıqlarının qeydinə qalmayıb narkomaniya kimi pis vərdişlərin qurbanına çevrilirlər. Sonra isə ondan yaxa qurtarmağa can atırlar. Təcrübə göstərir ki, müasir tibbi preparatların köməyi ilə bu xəstəlikdən asanlıqla qurtulmaq mümkündür. Lakin məsələ burasındadır ki, narkomaniya yalnız fiziki deyil, həm də psixoloji asılılıqdır. Narkotik vasitələr insanın iradəsini məhv etdiyindən, heç də hamı bu asılılıqdan canını qurtara bilmir.
Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulmuşdu.
Təkcə 2015-ci ildə narkotiklərin qanunsuz dövriyyəsi və onların sui-istifadəsi ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədi ilə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri digər aidiyyatı nazirliklər ilə birlikdə xüsusilə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə dövlət komissiyasının iş planına uyğun olaraq keçirilmiş bütün tədbirlərində, o cümlədən zona müşavirələrində, dövriyyədən çıxarılmış narkotik maddələrin məhvində və digər tədbirlərdə iştirak etmişlər. Bu tədbirlər Respublikada fəaliyyət göstərən Regional Narkoloji Dispanserlərinin (Lənkaran RNX, Gəncə RND, Mingəçevir RND, Sumqayıt RND) digər şəhər və rayonların əlaqədar təşkilatlarının, ictimayyətin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunmuş və onlara narkomanlığın yayılmasına və narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı mübarizə tədbirlərinə dair mühazirələr oxunmuşdur.
Aşkar edilmiş narkotik vasitələrin növünün, çəkisinin, tərkibinin operativ surətdə müəyyən edilməsi məqsədi ilə Bakı şəhərində Səhiyyə Nazirliyi tərəfindən laboratoriya təşkil edilib və müasir zəruri avadanlıqlarla təchiz olunub.
Ə. Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində “narkologiya” ixtisası üzrə ümumi təkmilləşdirmə kursları aparılıb.
Ədliyyə Nazirliyinin nəzdində yaradılmış narkoloji şöbələrin işinin fəaliyyətini artırmaq məqsədilə azadlıqdan məhrumetmə ilə yanaşı üzərlərində məcburi müalicəsi olan şəxslər əgər azadlığa buraxılıblarsa, lakin onlar üzərində bu müddət qalmış olarsa onların sonrakı müalicəsi “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq narkoloji tibb müəssisələrində aparılır.
Respublika Narkoloji Mərkəzi tərəfindən BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsinə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqəli mütamadi olaraq hesabatlar göndərilir.
Narkotik vasitələrin və psixotrop maddələrin stasionarı olan özəl tibb müəssisələrində istifadə olunmasına müvafiq rəy verilməsi məqsədi ilə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən həmin müəssisələrə, xəstələrin dövriyyəsinə nəzarət olunan psixotrop dərman preparatlarına olan tələbatını yaxşılaşdırmaq məqsədilə əczaçılıq müəssisələrinə baxış keçirir və bu haqda müvafiq aktlar tərtib edirlər.
Narkotiklərdən sui-istfadə edən şəxslərin aşkara çıxarılması işində narkoloji dispanserlərin əməkdaşları ilə birlikdə daimi olaraq qarşılıqlı işlər aparılır. Narkotik maddələrdən sui-istifadə etməsi hallarına görə polis idarəsinə düşən şəxslərin həqiqətən də asılılığının olmasını təyin etmək məqsədilə rəsmi sənədlər əsasında onlar Ekspress test üsulu ilə yoxlanılırlar və onlarda əgər narkotik maddələr aşkar olunarsa bu haqda həkim narkoloqun iştirakı və imzası ilə akt və protokol tərtib olunur və müayinə olunan şəxs nəticə ilə tanış olmasını xüsusi tərtib olunmuş jurnalda imzalayır.
Narkomaniyanın zərərli tərəflərini əks etdirən profilaktik tədbirlərin keçirilməsi üçün lazımı texniki vasitələrlə təmin olunmuş, kinofilm, prezentasiya nümayiş etdirilir və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üçün Mərkəzdə müvafiq təlimlər keçirilib.
Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən narkomanlığın zərəri barədə müxtəlif say və məzmunda bukletlər hazırlanıb.
Narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsil alanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə fəaliyyət planına əsasən “Narkotiklərə YOX deyək!” şuarı altında kompaniya davam edir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanununa əsasən bu sahədə aparılan müalicə, mübarizə tədbirləri, onların dövriyyədən çıxarılaraq məhv olunması və digər tədbirlər haqqında digər aidiyyatı orqanların əməkdaşları ilə birlikdə vaxtaşırı istər dövlət, istərsə də özəl radio və televiziyalarda, mətbuat orqanlarında təşkil olunmuş verilişlərdə, dəyirmi masalarda Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri da iştirakçı olmuşlar.
Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə mütamadi olaraq təbliğat aparırlar.
Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bu sahədə kitabxanaların rolunu da xüsusilə qeyd etmək lazımdır. Çünki əvvəlki illərlə müqayisədə bu gün gənclər kitablara daha çox maraq göstərirlər. Kitabxanaların narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir. Kitabxanalarda narkomaniya, narkobiznes və ona qarşı mübarizə mövzusunda tədbirlərin həyata keçirilməsi zamanı kütləvi işin üç - əyani, şifahi, mətbuat (çap) formasından istifadə etmək məqsədəuyğundur. Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilməsi vacibdir. Bu zaman mövzunun adı elə seçilməlidir ki, oxucularda maraq oyatsın. Məsələn, “Ağ ölümə qarşı mübarizə et!”, “Zərərli vərdişlər və ondan törənən fəsadlar”, “Bəşəriyyətin düçar olduğu bəla“, “Gəlin, gələcəyimizi qoruyaq!”, “Narkomaniyanın genofondumuza gətirdiyi fəsadlar”, “Narkomaniya və acınacaqlı həyat” və s. Əgər kitabxananın saytı varsa, ilk növbədə bu “ağ bəla” haqqında ətraflı məlumat çatdırmaq məqsədilə saytda müxtəlif məlumat bazaları, video çarxlar, elektron nəşrlər, fotolar yerləşdirmək yaxşı olardı. Kitabxananın saytında keçiriləcək hər bir tədbir haqqında ətraflı məlumat verilməli, keçirilmə tarixi, saatı, yeri göstərilməli, tədbirin adı, məqsədi, iştirakçıların, dəvət olunacaq qonaqların adları açıqlanmalı, istifadə ediləcək ədəbiyyatların siyahısı öz əksini tapmalıdır.
L. Hüseyn
Bu yazı “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində çap olunur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:40
Sabahın hava proqnozu açıqanıb
Dünən, 16:57
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Dünən, 15:58
Bakıda və Abşeronda güclü külək olacaq - Xəbərdarlıq
Dünən, 15:19
Sel olacaq - Xəbərdarlıq
Dünən, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Dünən, 10:26
Bir yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb
25-10-2025, 13:09
Sabah yağış yağacaq - Proqnoz
25-10-2025, 11:01
Metroda dava salan 4 nəfər saxlanılıb
24-10-2025, 17:49
Veteranlara verilən 80 manat artırılmayacaq
24-10-2025, 16:54
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
24-10-2025, 15:58
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
24-10-2025, 14:28
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
24-10-2025, 14:17
“Quş qripi” Almaniyanı təhdid edir
24-10-2025, 12:51
Sabah hava necə olacaq? - Proqnoz
24-10-2025, 12:01
Azərbaycana 14 kq-dan çox narkotik keçirmək istəyiblər
24-10-2025, 10:25
Sumqayıt, Xırdalan və Masazır üzrə avtobuslara hərəkət zolağı yaradılıb
23-10-2025, 16:52
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
23-10-2025, 15:59
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
23-10-2025, 15:09
Bakının iki rayonundakı qəzalı binalar sökülür
23-10-2025, 12:41
Sabah hava necə olacaq? - Proqnoz
23-10-2025, 12:13
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
23-10-2025, 12:09
Şirvanda 87 min manatlıq dələduzluq: Günalp Abdullayev saxlanılıb
23-10-2025, 11:32
Şəmkirdə maskalı şəxs evə basqın edib - Foto
23-10-2025, 11:14
Quldurlar avtobus sərnişinlərini qarət ediblər
23-10-2025, 09:30
Bakıda avtomobildə partlayış olub, yaralı var
23-10-2025, 09:29
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video
22-10-2025, 17:49
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
22-10-2025, 17:42
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
22-10-2025, 17:19
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
22-10-2025, 15:49
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
22-10-2025, 14:50
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
22-10-2025, 12:41
Sabah bəzi ərazilərə yağış yağacaq
22-10-2025, 12:39
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
22-10-2025, 09:44
19 yaşlı qızın intiharı: “Gəlinliyə görə oğlan evi dava saldı, dedilər, açıq-saçıqdır”
22-10-2025, 07:34
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
21-10-2025, 23:28
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
21-10-2025, 17:48
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki