Bakıda dəhşət: jurnalistin xanımı və qız özünü 10-cu mərtəbədən atdı
Tarix: 14-06-2019 14:41 | Bölmə: Cəmiyyət
Bakıda dəhşət: jurnalistin xanımı və qız özünü 10-cu mərtəbədən atdı

Bakıda jurnalistin həyat yoldaşı və qızı intihar edib. Hadisə iyunun 14-də saat 13:00 radələrində baş verib.

Bu barədə Yasamal rayon Prokurorluğundan məlumat verilib.

Ana və qız özlərini 10-cu mərtəbədən atıb. İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və 1990-cı il təvəllüdlü Allaherdiyeva Xədicə İsmayıl qızıdır.

Məlumata görə, əvvəl anası özünü evin pəncərəsindən atıb. Qızı bu dərdə dözməyərək, eyni yolla intihar edib. Allahverdiyeva Rübabənin şizofreniyadan əziyyət çəkdiyi bildirilir.

Qeyd edilib ki, ölənlər "Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.

Faktla bağlı araşdırma aparılır/oxu.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər