Sabirin büstü baxımsız vəziyyətdə qalıb: "Ya o büstü götürün, ya da..."
Tarix: 17-06-2019 17:46 | Bölmə: Cəmiyyət
Sabirin büstü baxımsız vəziyyətdə qalıb: "Ya o büstü götürün, ya da..."

‎Cəlilabad rayonunun Şabanlı kəndində Mirzə Ələkbər Sabirin büstü baxımsız vəziyyətdə qalıb.

Bu barədə ictimai fəal Ramil Sadıqlı məlumat verib.

Onun sözlərinə görə, ‎ ümumiyyətlə o yer böyük şair üçün deyil: "Ora həyətyanı sahədir. Bir zamanlar o postamentin üzərində proletariatın dahi rəhbəri, 37-ci il pepressiyasının özülünü qoymuş Leninin əli irəliyə uzanmış heykəli dayanmışdı. Azərbaycanın müstəqillik əldə etməsi ona düşdü. Canı qurtardı. Sonra Sabiri orada əyləşdirdilər, daha doğrusu cəzalandırdılar. Ona görə ki rəhmətlik o əsrdən bu əsrə xitabən yazmışdı: "Millət necə tarac olur olsun, nə işim var...".

Mən buradan üzümü Şabanlı kənd ərazi nümayəndəsinin sədri Rüstəm Rustəmova, kənd bələdiyyəsinin sədri Əliqismət Qarayeva, məktəb direktoru Sucaət müəllimə tuturam: əzizlərim, yəqin ki, Sizlərin hər biriniz bu baxımsız vəziyyətdə olan böyük Şairimiz Sabirin büstün hər gun görürsünüz.

Sizdən xahiş edirəm, ya bu büstü ordan yığışdırın, ya da o büstün ətrafın səliqə-səhmana saldırın.

Boyuk şairimizə bu qədər hörmətsizlik olmaz axı. Bu büst lap orta məktəbin yaxınlığında yerləşir. O məktəbdə yüzlərcə məktəbli təhsil və təlim-tərbiyə alır.

Mən başa düşmürəm ki, o məktəbin müəllimləri uşaqlara Sabirin həyatı haqqında danışanda,onun satira yaradıcılığı haqqında ağızdolusu danışanda bayirdaki biabırçı vəziyyətdə olan büstundən xəbərləri yoxmuş kimi danışırlar, yoxsa necə?

Bəs Sabir təsirindən ayilmamış şagirdlərimiz necə o heykəli görəndə nə hisslər keçirirlər?"/Mia.az.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər