PA-nın şöbə müdiri: “Hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir"
Tarix: 20-06-2019 14:14 | Bölmə: Cəmiyyət
PA-nın şöbə müdiri: “Hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir"

“Hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı 0,7 faiz azalıb. Ümumiyyətlə, dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Prezidenti Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov “Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir” adlı məqaləsində bildirib.

O qeyd edib ki, dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 43 ildir. 35-44 yaşda olan dövlət qulluqçuları 26,3 faiz təşkil edirsə, 63-64 yaşda olanlar cəmi 2,9 faizdir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir:

“Bütövlükdə Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir. Bu rəqəm digər ölkələrlə müqayisədə xeyli azdır. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür”.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər