Həmyerlimizin 1,5 milyon avro qiyməti olan saatını oğurlayıblar
Tarix: 27-06-2019 02:09 | Bölmə: Cəmiyyət
Həmyerlimizin 1,5 milyon avro qiyməti olan saatını oğurlayıblar

İspaniyanın bütün dünyada məşhur olan İbitsa kurortunda çox varlı azərbaycanlıya hücum edilib.

“Daily Mail” xəbər verir ki, quldurlar 22 yaşlı azərbaycanlıya hücum edərək, onun 1,5 milyon avro qiyməti olan saatını oğurlayıblar.

Qarət edən şəxs hadisə yerindən qaçıb.

Şəhər polisi xəbər verir ki, oğurlanmış McLaren F1 saatından dünyada cəmi 75 ədəddir. Saatın çəkisi kəməri ilə birlikdə 40 qramdır.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}