Türkiyədə azərbaycanlı qadınlardan fahişə kimi istifadə edən dəstə yaxalandı - Fotolar
Tarix: 29-06-2019 17:12 | Bölmə: Cəmiyyət
Türkiyədə azərbaycanlı qadınlardan fahişə kimi istifadə edən dəstə yaxalandı

Karamanda avtomobillərdə qadınlara fahişəlik etdirdikləri irəli sürülən şəbəkəyə qarşı keçirilən əməliyyatda 2-si qadın, 5 nəfər saxlanılıb.

Reyting.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yaxalanan şübhəlilər arasında “Çavuş” ləqəbi ilə tanınan Mehmet D.nin bir liseydə məmur olduğu bildirilib.

Türkiyədə azərbaycanlı qadınlardan fahişə kimi istifadə edən dəstə yaxalandı

Asayiş Şöbəsinə bağlı Əxlaq Büro Rəisliyi briqadaları Mehmet D. (50 yaş), Həsən Hüseyn D. (53 yaş) və Ərdal Y.nin (46 yaş) əcnəbi əsilli qadınları şəhərə gətirdiyi və pul qarşılığında fahişəliyə cəlb etdikləri istiqamətində məlumatla bağlı əməliyyat keçirib.

Bundan sonra şübhəliləri təqibə alan polis, şəhərin ən işlək prospektlərindən birində müştərilərlə fahişəlik bazarlığı edən Mehmet D., Həsən Hüseyn D, Ərdal Y. ilə azərbaycanlı Hatavan M. ilə Həvva C.yi nəzarətə alıb.

Türkiyədə azərbaycanlı qadınlardan fahişə kimi istifadə edən dəstə yaxalandı

Şübhəlilərdən “Çavuş” ləqəbli Mehmet D.nin şəhərdəki bir liseydə məmur vəzifəsində işlədiyi bildirilib. Şübhəlilərin polisdəki sorğusu davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər