QMİ-nin struktur rəhbərləri hesabat verib - Foto
Tarix: 04-07-2019 21:44 | Bölmə: Cəmiyyət
QMİ-nin struktur rəhbərləri hesabat verib

İyulun 4-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sədr müavinlərinin, Mərkəzi Aparatın ayrı-ayrı struktur bölmələri rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilib. İclası giriş sözü ilə açan QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev açaraq bildirib ki, toplantı QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq reallaşır. Əsas məqsəd qurumun Mərkəzi Aparatının ayrı-ayrı şöbələrinin hesabatlarını dinləmək, fəaliyyətlərini müzakirə etməkdir.

Müşavirədə QMİ Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova başçılıq etdiyi şöbənin fəaliyyət istiqamətləri barədə çıxış edib, görülən işlərlə bağlı hesabat verib. Hesabat ətrafında aparılan müzakirələrdə Mətbuat xidmətinin işi qənaətbəxş sayılıb, şöbənin fəaliyyətinin genişləndirilməsi, dini mərkəzin kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha da gücləndirilməsi üçün təklif və tövsiyələr verilib.

İclasa yekun vuran QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev şöbə əməkdaşlarına təşəkkürünü bildirib, KİV-lə əlaqələrin günün tələbləri səviyyəsində qurulması üçün lazımı tapşırıqlarını verib, hesabat ətrafında müzakirələr zamanı səslənən irad və təkliflərin nəzərə alınacağına inandığını ifadə edib.

QMİ-nin struktur rəhbərləri hesabat verib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər