Zakir Həsənov Hərbi Dəniz Qüvvələrində oldu
Tarix: 09-07-2019 14:18 | Bölmə: Cəmiyyət
Zakir Həsənov Hərbi Dəniz Qüvvələrində oldu

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri qərargah, matros yataqxanaları, tibb məntəqəsi, digər xidməti və inzibati otaqlara, eləcə də ərazidəki qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında qoyulan vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan yaradacaq.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}