Müəllim olmaq istəyən 246 nəfər 48-dən yüksək bal toplayıb - Foto
Tarix: 16-07-2019 12:15 | Bölmə: Cəmiyyət
Müəllim olmaq istəyən 246 nəfər 48-dən yüksək bal toplayıb

İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir.

Təhsil Nazirliyinin məlumatına görə, imtahanlarda 3 280 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib. Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstəriblər.

Müəllim olmaq istəyən 246 nəfər 48-dən yüksək bal toplayıb

İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}