14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Xəzərdə boğulan 32 yaşlı kişinin meyiti tapıldı
Tarix: 16-07-2019 13:03 | Bölmə: Cəmiyyət
Xəzərdə boğulan 32 yaşlı kişinin meyiti tapıldı

Xəzər dənizində iki gün əvvəl batan 32 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Reyting.az-a verilən məlumata görə, iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

İ.Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}