18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İldə 10 minə yaxın Çeçenistan vətəndaşı Avropadan sığınacaq istəyir
Tarix: 16-07-2019 13:06 | Bölmə: Cəmiyyət
İldə 10 minə yaxın Çeçenistan vətəndaşı Avropadan sığınacaq istəyir

Hər il 10 minə yaxın Çeçenistan vətəndaşı Avropa ölkələrinə siyasi sığınacaq üçün müraciət edir.

Reyting.az xarici mediaya istinadən bildirir ki, bu barədə Svetlana Qannuşkinanın rəhbəri olduğu “Vətəndaş yardımı” komitəsinin Moskvada keçirilən mətbuat konfransında aşıqlama verilib.

Statistikanı açıqlayan Qannuşkina deyib ki, Avropa İttifaqı ölkələri rusiyalılara çox vaxt Rusiya KİV-lərinin guya ölkədə rifah halının yaxşı olması ilə bağlı təqdimatına görə siyasi sığınacaq verməkdən imtina edirlər. Onun sözlərinə görə, buna görə Qərbdə Rusiyada həqiqi mənada nə baş verdiyini çox anlamırlar.

Məruzə müəllifləri Yelena Milaşinanın Çeçenistanda 2016-2017-ci illərdə “mavilərə qarşı ov” materialını da xatırladıblar.

Qeyd edilir ki, bu cür faktların heç birinə görə cinayət işi qaldırılmayıb, halbuki ATƏT 2018-ci ildə bu faktlar üzrə insan hüquqlarının pozulmasını etiraf edib.

Hüquq müdafiəçilərinin fikrincə, Çüçüenistandakı qadınların vəziyyəti də ayrıca mövzudur. Onlar kobud rəftara, zorakılığa məruz qalır, məruzədə qeyd edilir ki, daha çox boşanma zamanı anadan uşağın alınmasından əziyyət çəkirlər.

Bundan başqa, hüquq müdafiəçiləri kütləvi kütləvi cinayət işi uydurması mövzunu qaldırıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər