18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Erməni tarixçinin “Bakı Kommunası” kitabı tezliklə Türkiyədə işıq üzü görəcək - Foto
Tarix: 16-07-2019 13:50 | Bölmə: Cəmiyyət
Erməni tarixçinin “Bakı Kommunası” kitabı tezliklə Türkiyədə işıq üzü görəcək

Türkiyənin “Aras” nəşriyyatı “Bakü Komünü: 1917-1918” adlı yeni kitabı yayına buraxmaq üzrədir.

Reyting.az
“Tvitter”ə istinadla xəbər verir ki, XX əsrin əvvəllərində mövcud olmuş Bakı Kommunası haqqında kitabın müəllifi Ronald Qriqor Sunidir.

O, erməni əsilli amerikan tarixçisi, Miçiqan Universitetinin siyasi və sosial tarix üzrə professoru, Çikaqo Universitetinin politologiya üzrə fəxri professoru, “The Cambridge History of Russia”-nın baş redaktorudur.

Ronald Suni əslən Gədəbəydən olan erməni bəstəkarı Qriqor Mirzoyan Suninin nəvəsidir.

Tarixçi kimi onun maraq dairəsinə, Sovetlər İttifaqı və postsovet Rusiya, milliyətçilik və etnik münaqişələr, Cənubi Qafqaz daxildir. Qriqor Suni Çikaqo universitetində Aleks Manukyan adına “Yeni erməni tarixi” fakültəsinin ilk rəhbəri olub.

O, “Erməni araşdırmaları” proqramını təsis və ona rəhbərlik edib.

Erməni tarixçinin “Bakı Kommunası” kitabı tezliklə Türkiyədə işıq üzü görəcək




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər