17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bu qız 7 aydır itkin düşüb
Tarix: 17-07-2019 16:22 | Bölmə: Cəmiyyət
Bu qız 7 aydır itkin düşüb

Cəlilabadda itkin düşən 24 yaşlı qız axtarılır.


Reyting.az apa-ya istinadən bildirir ki, Cəlilabad rayonu, Üçtəpə kənd sakini, 24 yaşlı Aytəkin Qəzənfər qızı Həbibova 2018-ci il dekabrın 16-da yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Onun əlamətləri: Boyu 160 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçlarının rəngi qara. Subaydır.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 025-245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}