Rayonlara yağış və dolu yağacaq - Sabahın hava proqnozu
Tarix: 25-07-2019 13:00 | Bölmə: Cəmiyyət
Rayonlara yağış və dolu yağacaq - Sabahın hava proqnozu

İyulun 26-da Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 22-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 31-33° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 19-24° isti təşkil edəcək




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}