Azərbaycan üç ölkə ilə avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirəcək
Tarix: 21-08-2019 18:40 | Bölmə: Cəmiyyət
Azərbaycan üç ölkə ilə avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirəcək

Gömrük Komitəsi Türkiyə, Gürcüstan və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Komitə hazırda üç ölkə ilə bu istiqamətdə danışıqlar aparır. Layihənin icrası üçün memorandumun hazırlanması işləri görülür.

Layihə tətbiq oldunduğu halda Bakıdan Türkiyə, Rusiya və Gürcüstana gedən və əks istqamətdə gələn avtobuslar yalnız bir dəfə başlanğıc nöqtəsində gömrük yoxlanışından keçəcək.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}