18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
500-dən artıq ailə təhlükədə: “Azərsu” məsuliyyətdən yayınır, məmurlar şikayətçiləri hədələyir - Fotolar
Tarix: 29-08-2019 13:02 | Bölmə: Cəmiyyət
500-dən artıq ailə təhlükədə: “Azərsu” məsuliyyətdən yayınır, məmurlar şikayətçiləri hədələyir

Xızı rayonunun Yeni Yaşma kəndinin sakinləri problemlə üzləşiblər.

Sakinlər yazır ki, üzləşdikləri problemlə əlaqədar həm birbaşa, həm də müxtəlif KİV-lər vasitəsi ilə “Azərsu” ASC və digər əlaqədar qurumlara müraciət etsələr də, müsbət nəticə yoxdur.

Müraciət müəllifləri qeyd edirlər ki, 300 evdən, 500-dən artıq ailədən, 2500 nəfərdən artıq sakindən ibarət Yeni Yaşma kəndinin kanalizasiya problemi 30 ildir həll edilmir və “Azərsu” ASC məsələyə biganə yanaşır. “Azərsu” sakinlərə «Bu problemin həlli yaxın gələcəkdə Dövlət Proqramında nəzərdə tutulub», - cavabını verməklə kifayətlənir. Sakinlərin vəziyyəti isə artıq dözülməz həddə çatıb.

Sakinlər yazır ki, problemin həll olunmaması səbəbindən kənddə antisanitariya baş alıb gedir, insan həyatı üçün təhlükə yaranıb, yoluxucu xəstəliklərin yayılma ehtimalı daha da artır, sakinlərə maddi ziyan dəyir, ekoloji vəziyyət gərginləşir.

Üstəlik, çirkabın təmizlənməsi üçün həmişə 50-60 manat aralığında pul ödənsə də, artıq bunun üçün 100 manat tələb olunur.

Müraciətdə iddia olunur ki, bu problemi qaldıranlar bəzi məmurlar tərəfindən təhqir olunur, kənd icra nümayəndəsinin təhdidi ilə üzləşir.

Qeyd edək ki, sakinlərin probleminə Xızı Rayon İcra Hakimiyyəti (RİH) də başdansovdu yanaşır. Bu səbəbdən də sakinlər müxəlif qurumlara yazdıqları müraciətləri və onlara verilən cavab məktublarının kseronüsxələrini də redaksiyalara göndəriblər:

500-dən artıq ailə təhlükədə: “Azərsu” məsuliyyətdən yayınır, məmurlar şikayətçiləri hədələyir

Bu, RİH-in Ərazi inzibati dairə üzrə nüməyəndəsinə müraciətidir.

Bu, nümayəndənin cavabıdır:

500-dən artıq ailə təhlükədə: “Azərsu” məsuliyyətdən yayınır, məmurlar şikayətçiləri hədələyir

Sakinlər RİH-dən bu cavabı aldıqdan sonra nümayəndəyə “Siz aidiyyatı orqan olmadıgınız üçün bu cavabı vermək üçün çox güman ki, “Azərsu” ilə məsləhətləşmisiniz, yəni, cavabınız “Azərsu”yun mövqeyidir»,- sualına nümayəndə “Bəli, mən cavabı “Azərsu” ilə məsləhətləşib yazmışam”,- cavabını verib.

Bu isə kənd sakinlərinin Azərsu ASC-nin sədri Qorxmaz Hüseynova olan müraciətidir:

500-dən artıq ailə təhlükədə: “Azərsu” məsuliyyətdən yayınır, məmurlar şikayətçiləri hədələyir

Cavabla tanış olun:

500-dən artıq ailə təhlükədə: “Azərsu” məsuliyyətdən yayınır, məmurlar şikayətçiləri hədələyir

500-dən artıq ailə təhlükədə: “Azərsu” məsuliyyətdən yayınır, məmurlar şikayətçiləri hədələyir

Sakinlər 16-07-2019-cu il tarixdə müraciəti rayonun icra başçısı Xəzər Aslanova şəxsən təqdim etmək istəyərkən onlara “Ümumi şöbəyə təqdim edin”,- deyilsə də, sonradan qəbul zamanı müraciət şəxsən təqdim olunub. Amma bu da problemin həllində rol oynamayıb.

E. BAYRAMLI

Reyting.az həm “Azərsu” ASC-nin, həm də Xızı Rayon İcra Hakimiyyətinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər