09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bakıda ağır qəza: ölən və xəsarət alanlar var
Tarix: 29-08-2019 14:03 | Bölmə: Cəmiyyət
Bakıda ağır qəza: ölən və xəsarət alanlar var

Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq