18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Bina jurnalistlər üçün tikilib, mənzillər də jurnalistlərindir" - Əflatun Amaşov
Tarix: 03-09-2019 20:56 | Bölmə: Cəmiyyət
"Bina jurnalistlər üçün tikilib, mənzillər də jurnalistlərindir" - Əflatun Amaşov

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə çıxarışların verilməmsi müzakirə mövzusuna çevrilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti avqustun 7-də binanın istismarına icazə verildiyini bəyan edib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə KİV-ə Dövlət Dəstəyi Fondunun müvafiq sənədləri onlara təqdim etmədiyi üçün "kupça”nın verilmədiyini elan edib.

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, jurnalistlərə verilən evlər xidməti ev kimi bir şeydir.

Yaranmış məsələyə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov münasibət bildirib.

Əflatun Amaşov deyib ki, həmin mənzillər Azərbaycan prezidenti cənab İlham Əliyevin Azərbaycan jurnalistlərinə əvəzsiz hədiyyəsidir:

"Bu, eyni zamanda Azərbaycan dövlətinin media siyasətinin mühüm tərkib hissəsidir. Bina jurnalistlər üçün tikilib. Verilən mənzillər də jurnalistlərindir.

O ki qaldı sənədləşmə məsələsinə, narahatçılığa əsas olmamalıdır. Yaranış məsələ qanularımız çərçivəsində öz həllini tapacaqdır”.

Yenicag.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər